“Ukraynanın Kursk vilayətində uğurla irəliləməsi Kiyev üçün mənəvi qələbə, o cümlədən informasiya-psixologiya müharibəsində zəfər mənasına gəlir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətnlərinin keçmiş yazarı, polittexnoloq Abbas Qalyamov deyib.
Onun sözlərinə görə, Kurskdakı hadisələr müharibədən yorulmuş dünyaya inanılmazı, eyni zamanda açıq həqiqəti göstərdi:
“Böyük Rusiya müdafiəsiz ölkədir. Belə ki, Moskva bütün gücünü Donbasa konsentrasiya edib, öz sərhədlərini isə müdafiəsiz qoyub. Bu, tam olaraq V.Putinin tərəfdarlarının bir müddət əvvələ qədər çəkməyə çalışdıqları rəsmi tamamilə dəyişir. Putin dövləti hərbi relslərə gətirib və əbədi olaraq döyüşməyə hazırdır. Əlbəttə, Rusiya liderinin belə arzusu ola bilər, amma bu onun imkanları ilə uyğunluq təşkil etmir. Artıq daimi müharibə üçün onun vasitələri yoxdur”.
Əliyar Xəlil
Globalinfo.az