
İran və Şimali Koreya Rusiyanın güvənini qazanıb.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu çıxış edib.
Məlumata görə, İran artıq ruslara pilotsuz uçuş aparatlarının istehsalını təşkil etməyə kömək edib.
“Şimali Koreya isə Rusiyanın sursat ehtiyatının yarısını təmin edir. Pxenyan müharibənin əvvəlindən 170 özüyeriyən artilleriya qurğusu, 240 reaktiv sistem tədarük edib. Üstəlik, Şimali Koreyanın onlara 148 ballistik raket verəcəyi də bildirilib”, – deyə təşkilat bildirib.
Əliyar Xəlil
Globalinfo.az