putinnnn

“Vladimir Putin əsl kişidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova deyib.

O, bu barədə jurnalist Pavel Zarubinlə müsahibəsi zamanı danışıb.

“Aprelin 28-də Rusiya Prezidenti Moskvadakı N.İ.Piroqov adına Milli Tibbi və Cərrahiyyə Mərkəzində yerləşən Federal Fəlakət Tibbi Mərkəzini (FCDM) ziyarət etdi. Həmin gün yağış yağmağa başlamışdı. Çöldə olarkən Putin çətirini açdı, məni və səhiyyə naziri Mixail Muraşkonu qorudu.

O, imkan vermədi ki, çətiri mən tutum. Prezidentimiz əsl kişidir!”, – deyə baş nazirin müavini deyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: