“Putinin aşpazı” Rusiya üçün qara xəbəri rəsmən elan etdi

“Vaqner” Baxmutdakı hədəflərin hamısını icra edib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.

Onun sözlərinə görə, Baxmutda “Vaqner”in əsas vəzifəsi şəhərin ələ keçirilməsi yox, Ukrayna ordusuna maneə yaradıb, Rusiyanın öz döyüş qabiliyyətini bərpa etməsinə vaxt qazandırmaq idi:

“Hədəflər tam icra edilib. “Vaqner” döyüş qabiliyyətinin bərpası üçün təlim düşərgəsinə yollanacaq”.

Priqojin “Vaqner”in təlim düşərgəsini mövcud hərbi əməliyyat bitənə qədər tərk etməyəcəyini bildirib.

Qeyd edək ki, “Vaqner”in Ukrayna müharibəsindəki aktivliyini, fəaliyyətlərini və rolunu nəzərə almaq Priqojinin bu qərarının Rusiya üçün necə böyük itki olduğunu müəyyən etməyə kifayət edir.

İlkin Həsənov
Globalinfo.az