“Rusiya Prezidenti Vladimir Putin gələn həftə Qələbə Günü üçün Moskvaya gələn liderlərlə ikitərəfli görüşlər keçirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu jurnalist Pavel Zarubin deyib.
Xüsusilə, dövlət başçısının Slovakiyanın Baş naziri Robert Fitso və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşləri planlaşdırılır.
Bildirilib ki, 9 mayda Moskvada keçiriləcək Qələbə Günü Paradında iştirak edəcək qonaqların tam siyahısı hələlik məlum deyil.
Əliyar Xəlil
Globalinfo.az