Putindən 52 qadına 8 Mart hədiyyəsi

Rusiya Prezidenti Vladimir Putin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə 52 məhbus qadının əfv edilməsi haqda fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Amnistiya ilk növbədə azyaşlı övladı olan və hamilə qadınlara şamil olunub.

O cümlədən, qohumları xüsusi hərbi əməliyyatlarda iştirak edən qadınlar da əfv siyahısına daxil edilib.