Putinin 13 il sonrakı səfərində mühüm detal – Kadırov belə qarşıladı / VİDEO

Putinin 13 il sonrakı səfərində mühüm detal - Kadırov belə qarşıladı / VİDEO

Çeçenistana səfər edən Rusiya Prezidenti Vladimir Putini Qroznı hava limanında Çeçenistanın rəhbəri Ramzan Kadırov qarşılayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd-Hacı Kadırovun məzarını ziyarət edib.

Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində Putinə xüsusi hərbi əməliyyat zonasından ələ keçirilən silahlar göstərilib.

Putin sonuncu dəfə Çeçenistana 2011-ci ildə baş nazir olarkən səfər edib (o zaman prezident postunu Dmitri Medvedev tuturdu).

Avqustun 20-də o, Kabardin-Balkar, eləcə də Şimali Osetiyaya səfər edib və burada Beslan məktəbində terror aktının 20-ci ildönümü ərəfəsində “Beslan Anaları” ilə görüşüb.