Putini onlar öldürəcək, daha sonra müharibə bitəcək – Sabiq MKİ şefi

Putini generallar devirəcəklər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ MKİ-nin keçmiş rəhbəri Ceyms Olson deyib.

“Hər şey o qədər də yaxşı getmir. Hesab edirəm ki, Putin hazırda heç bir uğur əldə edə bilməyəcəyi situasiyadadır. Əgər Putin hakimiyyətdə qalsa, müharibə uzunmüddətli olacaq, lakin düşünmürəm ki, o buna nail ola bilsin. Məncə, o, ya hakimiyyətdən uzaqlaşdırılacaq, ya da öldürüləcək. Qətl versiyasını istisna etmirəm. Düşünürəm ki, bəzi vətənpərvər əhvali-ruhiyyəli insanların onu uzaqlaşdırmasını da real görürəm. Bu isə müharibənin sonu olacaq. Məncə, müharibədəki insan ölümlərinin ağrısını hiss edən generallar Putinə qarşı qiyamın mənbəyi olacaqlar. Hazırkı dönəmdə hərbi məğlubiyyətdən çox, hakimiyyətdən uzaqlaşdırılma ən real variantdır”, – o bildirib.