Putini kimin əvəz edəcəyi bilinir – Artıq adı da bəllidir

“Düşünürəm ki, 2024-cü ildə Rusiya Prezidenti Vladimir Putin yenidən namizəd olacaq”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O əlavə edib ki, Qərb mediası Putinin səhhətində problem olması haqda informasiyalar yaysa da, Kreml bunu təkzib edir:

“Hazırda elə bir proses gedir ki, nəinki Rusiyanın, ümumiyyətlə, dünyanın taleyi həll olunur. Putin və arxasındakı gücün indiki məqamda hakimiyyət dəyişikliyinə və xarici siyasətdə korrektələrə gedəcəyi mümkün deyil. Ona görə də əminliklə demək olar ki, Putinin namizədliyi real görünür”.

Putindən sonrakı dönəmə gəlincə isə Ə.Zülfüqaroğlu bildirib ki, onun varisinin kim olacağı dar çərçivədə bəllidir:

“Amma bunun indidən açıqlanması qeyri-mümkündür. Böyük dövlətlərin çoxsaylı planları olur. Bəzən heç kimin gözləmədiyi, sürpriz namizədlər də meydana çıxa bilir. Ümumiyyətlə, Putindən sonra Rusiyanın xarici siyasət kursu ənənəvi istiqamətdə davam edəcək”.

Turan Rzayev
Globalinfo.az