2025 06 06T070123Z 286998028 RC25LEA84O52 RTRMADP 3 NATO SUMMIT TRUMP ZELENSKIY pic 32ratio 900x600 900x600 81865

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski ilə Brüsseldə keçirəcəkləri görüşü ləğv ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Euronews”un jurnalisti Aleks Raufoqlou məlumat yayıb.

“Mənbələrin bildirdiyinə görə, Brüsseldəki görüş ləğv edilib. Zelenski vətənə qayıdır. Kreml iddia edir ki, Uitkoff və Kuşner Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra birbaşa Vaşinqtona gedəcəklərinə söz veriblər”, – o yazıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: