nazir 1

Böyük Britaniya Qəzza Sülh Şurasının imzalanma mərasimində iştirak etməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper deyib.

O qeyd edib ki, ölkəsi Rusiya Prezidenti Vladimir Putinin təşkilata üzvlüyü ilə bağlı narahatdır:

“London ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülh planını qətiyyətlə dəstəkləyir. Lakin biz ölkəmizin “Sülh Şurasına” qoşulub-qoşulmayacağı ilə bağlı suala birbaşa cavab verməmişik.

Qarşıda çox böyük iş var və biz bu gün imza atmayacağıq, çünki bu, daha geniş məsələləri əhatə edən hüquqi müqavilədir. Həmçinin Prezident Vladimir Putinin Ukraynada sülhə dair öhdəliklərini yerinə yetirəcəyinə dair heç bir əlamət görmədiyimiz halda, onun sülhlə bağlı hər hansı bir məsələdə iştirakı ilə bağlı narahatlıqlarımız var”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: