Putinə cansağlığı arzulayıram – Kim Çen İn

Şimali Koreya lideri Kim Çen İn Rusiya prezidenti Vladimir Putinə teleqram göndərib.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Ümumi məqsədlərə və böyük işlərə nail olmaq üçün ölkələrimiz həmişə həmrəylik nümayiş etdirəcək, bir-birini güclü şəkildə dəstəkləyəcək, daim qələbələr qazanacaq. Fürsətdən istifadə edərək, Rusiya hökumətinə, ordusuna və xalqına atəşli salamlarımı çatdırıram, Putinə cansağlığı və məsuliyyətli işində uğurlar arzulayıram”, – teleqramda deyilir.