Putindən Suriya liderinə mesaj: Tez bir zamanda…

putinn

Rusiya Prezidenti Vladimir Putin Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraya mesaj göndərib. 

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin Rusiyanın Suriya rəhbərliyi ilə gündəlikdəki bütün məsələlər üzrə praktiki əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib. O, Suriya rəhbərliyinin ölkədə vəziyyəti tez bir zamanda sabitləşdirməyə yönəlmiş səylərini dəstəkləyib”.

Əliyar Xəlil
Globalinfo.az