Putindən Qərbə MESAJ: “Rusiya silahları daha üstündür”

“Rusiyaya məxsus olan silahlar NATO-nun hərbi arsenalından üstündür”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fikir səsləndirib.

O bildirib ki, Rusiya hərbi sənaye kompleksinin məhsullarına xaricdə tələbat çoxdur və onlar Şimali Atlantika Alyansı ölkələrinin silahlarından üstündür:

“Müasir NATO silahları ilə Sovet dövrünün silahlarını müqayisə etsək, təbii ki, onlar daha aşağı səviyyəlidirlər. Amma ən son silahlarımız hamıdan üstündür”.

Kreml rəhbəri söhbəin raket texnologiyasından, zirehli texnikadan və döyüş meydanında istifadə olunan bütün silahlardan getdiyini vurğulayıb:

“Bu gün Rusiyanın müdafiə müəssisələrinə çoxlu sifarişlər verilir. Dəyəri milyardlarla dollar olan bu məhsullar xaricə də satılır. Xüsusilə, “Pantsir” zenit-raket top sistemi çox tələbatlıdır”.

Əliyar Xəlil,

Globalinfo.az