Putindən hərbi xidmətə çağırışla bağlı sərəncam

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, aprelin 1-dən iyulun 15-dək 147 min nəfər hərbi xidmətə çağırılacaq.

“2023-cü il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18 yaşdan 27 yaşadək Rusiya Federasiyası vətəndaşlarının 147 min nəfərdən ibarət hərbi xidmətə çağırılması həyata keçirilsin” -fərmanın mətnində deyilir.

2022-ci ilin payızında 120 min nəfər, ötən ilin yazında isə 134,5 min nəfər hərbi xidmətə çağırılıb.