e52752c413aa1ebbe81f7e92c15e5205

“Rusiya ABŞ-la birgə işləməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Mənim ABŞ-ın hazırkı prezidenti ilə həmişə işgüzar və praqmatik münasibətlərim olub. Bu günün reallıqlarına əsaslanaraq onunla görüşməyimiz yaxşı olardı. Biz həm ABŞ-ı, həm də Rusiyanı maraqlandıran bütün sahələr haqqında sakit danışa bilərik. Rusiya görüşə hazırdır, lakin bu, ilk növbədə Amerikanın hazırkı administrasiyasının qərarlarından və seçimlərindən asılıdır”.

Putin həmçinin Rusiyanın dollardan imtina etmədiyini də açıqlayıb.

“Biz dollardan imtina etməmişik. Sadəcə ABŞ-ın əvvəlki administrasiyası Rusiyaya hesablaşmalarda dollardan istifadə etmək imkanı verməyib”, – deyə Putin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az  

Paylaş: