Putin Xruşşovla Qorbaçovun taleyini yaşaya bilər – Getman

“Ukraynanın Kurskda keçirdiyi əməliyyatın Rusiya Prezidenti Vladimir Putin üçün neqativ nəticələri ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksey Getman deyib.

Onun sözlərinə görə, Putin güclü olmasına baxmayaraq, Ukraynadakı uğursuzluqlar nəticəsində devrilə bilər:

“Əgər 1 oktyabra qədər qoşunlarımızı Kurskdan çıxarmasaq və kontingetimizi müxtəlif istiqamətlər üzrə paylasaq, o zaman əhəmiyyətli nəticələr əldə edəcəyik. Əlbəttə, V.Putin böyükdür, amma Rusiyada başqaları da var. Xatırlayın, Rusiyada çarları necə öldürüb, saray çevrilişləri ediblər. Nikita Xruşşovu yada salın, onun SSRİ-də hər cür imkanı vardı, bunlara baxamayaraq, devrildi. SSRİ rəhbəri Mixail Qorbaçovun da aqibəti eyni oldu. Yəni bənzər hadisə Putinin də başına gələ bilər”.

Əliyar Xəlil
Globalinfo.az