Ukrayna Prezidenti Volodimir Zelenski sülh prosesinin ən həssas iki məsələsini müzakirə etmək məqsədilə Rusiya lideri Vladimir Putinlə şəxsi görüşə hazırdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Nazirin sözlərinə görə, hələlik razılaşdırılmayan əsas məsələlər ərazi problemləri və Zaporojye Atom Elektrik Stansiyasına gələcək nəzarət mövzusudur.
“Məhz bu məsələlərin həlli üçün prezident Zelenski Putinlə görüşməyə və onları müzakirə etməyə hazırdır”, – Sibiqa vurğulayıb.
Eyni zamanda Sibiqa Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ayrıca görüşün zəruri olmadığını qeyd edib. Onun sözlərinə görə, danışıqlar prosesi artıq qurulub və müvafiq qurumların nümayəndələri bu prosesdə iştirak edir.
“Paralel danışıqlar mexanizmləri yaratmağa ehtiyac yoxdur. Artıq formalaşmış danışıqlar üçün komandalar mövcuddur. Bu mərhələdə əlavə kanalların yaradılması məqsədəuyğun deyil”, – Sibiqa əlavə edib.
Əliyar Xəlil