Rusiya prezidenti Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı məsələləri müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Washington Post” nəşri məlumat dərc edib.
Məqalədə deyilir ki, Tramp Putinlə söhbət zamanı Ukraynaya dəstək xərcləri ilə bağlı narahatlığını ifadə edib. Siyasətçi təklif edib ki, dünya Ukraynadan öz ərazisinin bir hissəsini, məsələn, Krımı Rusiyaya verməsini tələb edə bilər.
“Washington Post” etibarlı mənbəsinə istinadla bildirib ki, Tramp telefon danışığında Rusiya prezidentinə Ukraynada müharibəni alovlandırmamağı tövsiyə edib və ona Vaşinqtonun Avropada hərbi qüvvələrinin olduğunu xatırladıb.
Tərəflər həmçinin Avropa qitəsində sülhə nail olmaq imkanlarını müzakirə ediblər. Tramp Ukraynadakı münaqişənin tezliklə həllini müzakirə etmək üçün danışıqlarda maraqlı olduğunu bildirib. İddia olunur ki, Ukrayna hökuməti zəng barədə məlumatlandırılıb və söhbətə etiraz edilməyib. Çünki rəsmi Kiyev Trampın Putinlə Ukrayna məsələsini diplomatik yolla həll etmək istədiyini çoxdan başa düşür.
Müşviq Tofiqoğlu
Globalinfo.az