Putin və Paşinyan axşam bu məsələni müzakirə edəcəklər – Zaxarova

“Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.

Rusiya XİN sözçüsü bu görüşün Rusiya və Ermənistan rəhbərləri arasında baş tutacaq müzakirə gündəliyində olduğunu bildirib:

“Moskva Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması prosesinə dəstəyini davam etdirməyə hazırdır. Bu məsələlər Vladimir Putin və Nikol Paşinyan arasında aparılacaq danışıqların gündəmində də var”.

Ayşən Mustafa
Globalinfo.az