Screenshot 2025 04 26 193023

Putin Ukrayna ilə heç bir şərt irəli sürmədən danışıqlara hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşü zamanı Moskvanın Ukrayna ilə ön şərt qoymadan danışıqlara başlamağa hazır olduğunu bir daha təsdiqləyib.

“Putin bu mövqeyini daha əvvəl də dəfələrlə ifadə etmişdi”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Ukrayna tərəfi ilə mülki obyektlərə hücumların qarşısının alınması məsələsini ikitərəfli müzakirə etməyi də təklif etmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: