2025 08 15T212633Z 697468509 RC2W7GAV6GJO RTRMADP 3 UKRAINE CRISIS SUMMIT CAR MOMENT pic 32ratio 900x600 900x600 88960

Rusiya Prezidenti Vladimir Putin Alyaskada amerikalı həmkarı Donald Trampın limuzininə minərək şəxsi avtomobili ilə xaricə səyahət ənənəsini pozub.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat paylaşıb.

Nəşrə görə, danışıqlar yerinə “Cadillac One” ləqəbli zirehli avtomobillə birgə səyahət təklifi Ağ Evin rəhbərindən birgə şəkil çəkdirdikdən sonra gəlib.

Adətən Rusiya lideri dünyanın istənilən yerinə şəxsi avtomobili ilə səyahət edir. Əvvəlcə Putinin Trampla danışıqlara Rusiya nömrəli Aurus limuzini ilə gedəcəyi gözlənilirdi.

Qeyd edək ki, avqustun 15-də PutinTramp Alyaskada sammit keçiriblər. Danışıqların keçirilmə yeri Ankoricdəki “Elmendorf-Richardson” Birgə Baza olub.

Tahir Turan
Globalinfo.az

Paylaş: