putin tokayev.jpg

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanın Avropa İttifaqına inteqrasiyası istiqamətində atdığı addımlarla bağlı birgə bəyanat yayıb.

Globalinfo.az xəbər verir ki, Vladimir Putin, Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev və Sadır Japarov Ermənistanı yaxın müddətdə referendum keçirməyə çağırıb

Referendumun mövzusu Ermənistanın Avropa İttifaqına üzvlüyü və ya Avrasiya İqtisadi İttifaqının tərkibində qalması olmalıdır.

“Ermənistanda Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqı tərkibində qalmaq məsələsi üzrə ümumxalq referendumunun mümkün qədər tez keçirilməsini zəruri hesab edirik”, – bəyanatda vurğulanıb.

Həmçinin vurğulanır ki, Ermənistanın Avropa İttifaqı-na inteqrasiya prosesi Aİİ üzv dövlətlərinin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər yarada bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: