Putin Rusiyanın START müqaviləsində iştirakını dayandırdı

Rusiya Prezidenti Vladimir Putin “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakın dayandırılması barədə qanun imzalayıb.

Globalinfo.az xəbər verir ki, Putin fevralın 21-də Rusiyanın START müqaviləsindən çıxdığını bildirib.

Qeyd edək ki, müqavilə Rusiya və ABŞ arasında bağlanıb, o, hər iki ölkənin nüvə arsenallarının azaldılmasını nəzərdə tutur.