Putin prezidentliyə namizədliyi ilə bağlı qərar verdi

“Rusiya Prezidenti Vladimir Putin seçkilərə heç bir partiyadan getmədiyini, imza toplayacağını elan edəcək”.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, sözləri Rusiyanın “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının lideri Sergey Mironov Putinin prezidentliyə namizəd kimi irəli sürülməsi üzrə təşəbbüs qrupunun iclasının kuluarlarında deyib.

“Bu gün təşkilat komitəsinin iclasında elan olunacaq ki, o, heç bir partiyadan namizədliyini irəli sürmür… O, imza toplayacaq”, – deyə Mironov bildirib.

Qeyd edək ki, daha əvvəl Vladimir Putin Rusiyada seçkilərə kənardan müdaxilə cəhdlərinin ciddi şəkildə qarşısı alınacağı ilə xəbərdarlıq edib.