Rusiya lideri Vladimir Putin Macarıstan Baş naziri Viktor Orban vasitəsilə Ukrayna hakimiyyətinə heç bir mesaj verməyib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov bugünkü mətbuat konfransında deyib.
O həmçinin bildirib ki, Putin və Orban arasında təmasların təşkili üçün konkret planlar yoxdur.