Image TG UPB 2 Putins Ambition 0 2

Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev Moskvaya gəldikdən sonra ABŞ ilə danışıqlarının nəticələri barədə  Prezident Vladimir Putinə hesabat verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Dmitriyevin hələ çox yolu var. Gəldikdən sonra prezidentlə danışacaq”, – deyə o bildirib.

Qeyd edək ki, 20 və 21 dekabr tarixlərində  Mayamidə Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya-ABŞ danışıqları  keçirilib. Görüşlərdə Moskvanı Dmitriyev təmsil edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: