Rusiya lideri Vladimir Putin ilə BƏƏ prezidenti Məhəmməd bin Zayed Al Nəhyan arasında telefon danışığı baş tutub. Tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Globalinfo.az bildirir ki, Kremlin məlumatına görə, tərəflər Yaxın Şərqdə və İran ətrafında yaranmış vəziyyətlə bğlı fikir mübadiləsi aparıblar, regional problemlərin siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
Liderlər həmçinin Rusiya ilə Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi və iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, ikitərəfli əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Əliyar Xəlil