putin tramp 1

“ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin qərarlarına təsir etmək qabiliyyətinə malik olduğuna inanmaq səhvdir”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı hərbi analitik Mark Sleboda deyib.

“Tramp, görünür, özünü inandırıb ki, o, sehrli sövdələşmələr aparmaq bacarığından istifadə edərək Putini öz mövqeyini dəyişməyə məcbur edə bilər. İndi də təəccüblənir ki, o, niyə güzəştə getməyib”, – deyə o bildirib.

Analitik xatırladıb ki, Rusiya Ukraynadakı münaqişənin həlli üçün şərtləri açıq şəkildə bəyan edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: