“Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Ukrayna ilə müharibədə əsas hədəflərin hamısına məhz Moskva çatıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
İddialara görə, Putini hazırda narahat edən məsələ Rusiya iqtisadiyyatındakı vəziyyətdir:
“Rusiya prezidenti hesab edir ki, müharibənin əsas məqsədləri – ərazilərə nəzarət, Krımla Rusiyanın birləşməsi, Ukrayna ordusunun zəiflədilməsi kimi hədəflərə artıq nail olunub”.
Agentliyin mənbəsi Putinin müharibənin iqtisadiyyata necə təyziq göstərdiyini anladığını bildirib.
Qeyd edək ki, Kreml bu il hərbi xərclərini artırıb, yekun məbləğ ümumi daxili məhsulun 6,3%-ni təşkil edib.
Əliyar Xəlil
Globalinfo.az