Rusiya Prezidenti Vladimir Putin Moskvaya həyata keçirilən kütləvi dron hücumlarına münasibət bildirib.
Globalinfo.az-ın xəbərinə görə, Putin Ukraynanın dron hücumlarının məqsədinin Rusiyada sabitliyi pozmaq olduğunu deyib.
O bildirib ki, Ukraynanın dron hücumları hərbi əməliyyatların gedişindən diqqəti yayındırmaq, həmçinin Rusiya cəmiyyətində narahatlıq və inamsızlıq yaratmaq məqsədi daşıyır.
“Bu dronlar və mülki infrastruktura endirilən zərbələr cəmiyyəti sarsıtmaq üçündür. Qərbin tam dəstəyi ilə bu pilotsuz aparatların böyük axını təmin olunur. Bununla da Rusiya Silahlı Qüvvələrinin fəaliyyətinə inamsızlıq yaratmağa çalışırlar. Halbuki cəbhədə hər gün döyüşlər gedir və qarşı tərəf ciddi itkilər verir”, – Putin vurğulayıb.
Putin həmçinin Ukraynanın Rusiyaya qarşı təyyarə tipli pilotsuz uçuş aparatlarından istifadəsini artırdığını, bununla da iqtisadiyyata zərər vurmağa və cəmiyyətdə parçalanma yaratmağa çalışdığını bildirib.
Əliyar Xəlil