Putin Moskvaya dron hücumunu şərh etdi – VİDEO

Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvaya edilən PUA hücumunu şərh edib.

Globalinfo.az xəbər verir ki, o paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlama zamanı paytaxt ətrafında hava hücumundan müdafiə sisteminin qənaətbəxş işlədiyini deyib.

“Moskvanın hava hücumundan müdafiə sistemi qənaətbəxş işləyib. Baxmayaraq ki, görüləcək işlər var… Ümumiyyətlə, paytaxtın hava hücumundan müdafiəsini möhkəmlətmək üçün nə etmək lazım olduğu aydındır və biz bunu edəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Ukrayna təyyarə tipli 8 pilotsuz uçuş aparatı ilə Moskvaya hücum etməyə cəhd edib.