Putin Məhəmməd Möhbərə zəng etdi

Rusiya Prezidenti Vladimir Putin İranın prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbərlə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti helikopter qəzasında İran prezidenti İbrahim Rəisinin və bir sıra digər dövlət xadimlərinin faciəli şəkildə həlak olması ilə əlaqədar İranın Ali Rəhbəri Əli Xamneyiyə, Məhəmməd Möhbərə və bütün İran xalqına dərin hüznlə başsağlığı verib.

Putin Rusiya və İran arasında dostluq münasibətlərinin inkişafına əvəzsiz şəxsi töhfə vermiş etibarlı tərəfdaş kimi İbrahim Rəisi yaxşı tanıdığını və yüksək qiymətləndirdiyini vurğulayıb.

Məhəmməd Möhbər ölkə üçün bu ağır vaxtda rəğbət və dəstək sözlərinə görə səmimi minnətdarlığını bildirib.

Hər iki tərəf iki ölkə xalqlarının rifahı naminə hərtərəfli Rusiya-İran qarşılıqlı fəaliyyətini daha da ardıcıl şəkildə gücləndirmək üçün qarşılıqlı istəklərini vurğulayıblar.