Putin Mariupola getdi

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətinin işğal altında olan Mariupol şəhərinə səfər edib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi Kremlə istinadən məlumat yayıb.

Putinin Mariupolda bir sıra obyektlərə baxış keçirdiyi, yerli sakinlərlə söhbət etdiyi bildirilib. Onun Mariupola helikopterlə gəldiyi, sonra avtomobillə şəhərin bir neçə ərazisinə, o cümlədən, yaxta klubunun yaxınlığındakı Mariupol sahil xəttinə baş çəkdiyi qeyd olunub.

Bundan əvvəl Putinin 9 il əvvəl ilhaq edilən Krıma səfər etdiyi açıqlanmışdı.