Putin Lukaşenkodan yumurta istədi – VİDEO

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkodan zarafatla xəsis olmamağı və Rusiya Federasiyasına yumurta tədarük etməyi xahiş edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edən Lukaşenko bildirib ki, ölkəsi demək olar ki, 100% öz istehsalı olan məhsullarla – taxıl, donuz əti, quş əti, süd, tərəvəz, bitki yağları ilə təmin olunub.

Belarus lideri toyuq yumurtasına xüsusi diqqət yetirib.

“Bizə bir az ver! Xəsislik etməyin”, – deyə Putin gülümsəyərək cavab verib.

Bu arada Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev Rusiyada yumurtanın qiymətinin Yeni ildən sonra ucuzlaşmağa başlayacağını bildirib.