Putin Şimali Koreyanın xarici işlər naziri ilə görüşdü

Rusiya prezidenti Vladimir Putin Kremldə Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər naziri Çoi Sonq Xi ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Rusiya tərəfdən görüşdə xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov iştirak ediblər.

Bundan əvvəl Rusiya və KXDR xarici işlər nazirliklərinin rəhbərləri arasında ayrıca görüş keçirilib və onun nəticələri barədə Vladimir Putinə məlumat verilib.

Əliyar Xəlil,

Globalinfo.az