Putinin Krımda neçə faiz səs topladığı açıqlandı

Vladimir Putin Krım yarmadasında keçirilən seçkilərdə 93,60% səslə birinci olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Krım Seçki Komissiyasının mətbuat xidmətindən bildirilib.

Səsvermədə 1,3 milyondan çox insanın iştirak etdiyi açıqlanıb. Seçici fəallığı 89,76% olub.

Məlumata görə, bütün seçki protokolları hesablanıb. Prezidentliyə namizədlərdən Vladimir Putin 93,60% səs toplayaraq Krım bölgəsində birinci olub.

Əliyar Xəlil
Globalinfo.az