Putin Kremldə Rusiyanın baş ravvini və yəhudi diasporunun lideri ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın baş ravvini Berl Lazar və Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda ilə görüşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, görüş axşam saatlarında Kremldə keçirilib.

Kremlin mətbuat xidməti Putinin Lazar və Barada ilə görüşündə İsrail-Fələstin münaqişəsi kontekstində Yaxın Şərqdəki vəziyyətin, eləcə də Moskvanın regionda sülhün bərpa olunmasına yardımının müzakirə edildiyi barədə məlumat yayıb.