“Putin kapitulyasiyanı bu şəhərdə imzalasın!” – Qəribə istək

Polşa Prezidenti Andjey Duda Ukrayna Prezidenti Vladimir Zelenskiyə Rusiyanın kapitulyasiyasını Pereyaslavda qəbul etməyi məsləhət görüb.

Globalinfo.az xəbər verir ki, o bunu Latviyada polyaklarla görüşü zamanı deyib.

“Mən dedim ki, Vladimir, tariximizə nəzər yetirib, bu yolların necə kəsişdiyinə baxaq. Mən sizə yalvarıram ki, Rusiyaya qalib gələndə, ruslar dizləri üstə sülh müqaviləsi imzalamağa gələndə onları Pereyaslava aparın. Qoy, onlar burada müqaviləni imzalasınlar”, – o bildirib.

Qeyd edək ki, Pereyaslav Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir. Məhz burada 1654-cü ildə kazaklar Rusiya çarlığının tərkibinə daxil olmaq haqqında müqavilə imzalamışdılar.

İlkin Həsənov
Globalinfo.az