Putin İrandakı terror aktı ilə bağlı başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin İranın Kerman əyalətində baş verən terror aktı ilə bağlı başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Qəbiristanlığı ziyarət edən mülki şəxslərin qətli qəddarlığı və rüsvayçılığı ilə şokedicidir. Rusiya terrorizmi bütün forma və təzahürlərində qəti şəkildə pisləyir və “bu şərlə barışmaz mübarizəyə” sadiqliyini bir daha təsdiqləyir”, – dövlət başçısı vurğulayıb.