Putinin Gürcüstan qərarı ölkəni qarışdırdı – Sərt reaksiya

***
13:58

Rusiya mayın 15-dən etibarən Gürcüstan üçün viza rejimini ləğv edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə qərarı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

Qərara əsasən, Gürcüstan vətəndaşlarının Rusiyaya gəlişi üçün ümumvətəndaş pasportu, diplomatik və ya xidməti pasport tələb olunacaq.

Rusiya prezidenti Gürcüstana yerli aviaşirkətlərin uçuş qadağasını da ləğv edib.

Gürcüstanda isə müxalif siyasətçilər və prezident son qərarlara sərt reaksiya göstərib. Belə ki, Prezident Salome Zurabişvili bunu təxribat adlandırıb.

İlkin Həsənov
Globalinfo.az