Putin Ərdoğanla “taxıl müqaviləsi”ni müzakirə etməkdən imtina edib

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla taxıl müqaviləsinin bərpasını müzakirə etməkdən imtina edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, Türkiyə liderinin istədiyi telefon danışığı hələ baş tutmayıb.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan bu məsələni Putinlə ətraflı müzakirə edəcəyinə və taxıl müqaviləsinin davam etdirilməsini təmin etməyə ümid etdiyini bildirib.