Putin Ərdoğanla nə danışıb? – DETALLAR BİLİNDİ

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında baş tutan telefon danışığının detalları məlum olub.

Globalinfo.az xəbər verir ki, prezidentlər ilk növbətə “Taxıl sazişi” üzrə fəaliyyətin bərpası məsələsini müzakirə ediblər.

Rusiya Prezidenti Qərbin Moskva qarşısındakı öhdəlikləri yerinə yetirən kimi bu məsələnin həll olunacağını deyib. Həmçinin Rusiya təmənnasız əsaslar daxil, taxılın tədarükü üçün etibarlı varianların hazırlanması barədə məlumat verib.

Bundan əlavə, iki ölkə arasında enerji sektorunda strateji ortaq layihələrin həyata keçirilməsi və turizm sahəsində əməkdaşlıq müzakirə edilib.

Liderlər Ankarada keçiriləcək görüşə hazırlıq və təmasları davam etdirmək barədə razılığa gəliblər.

Ayşən Mustafa
Globalinfo.az