Son illərdə ilk dəfə olaraq Mulino poliqonunda keçirilən “Zapad-2025” hərbi təlimlərində Rusiya Prezidentini müşayiət edən heyət yenilənib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd olunub ki, əvvəllər Putini müşayiət edən Sergey Şoyqu və Valeri Gerasimov bu dəfə iştirak etməyib.
Onların yerinə Rusiya Prezidentinin müşaviri Aleksey Dyumin, Rusiya Müdafiə Naziri Andrey Belousov, Rusiya quru qoşunları komandanı Andrey Mordveçev və Rusiya Müdafiə Nazirinin müavini və baş qərargah planlaşdırma komitəsinin sədri Yunusbek Yevkurov Prezidentlə birgə olub.
Məlumata görə, Yevkurov və Mordveçev Valeri Gerasimovun yerinə baş qərargah rəisi vəzifəsinə əsas namizədlər hesab olunur. Bu dəyişikliklər, ehtimal ki, Rusiya hərbi komandanlığında strateji yenilənmələrin başlanğıcı ola bilər.
Tahir Turan
Globalinfo.az