Putin, Əliyev və Paşinyan görüşü olacaqmı? – Kremldən cavab

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilməsi ehtimal olunan üçtərəfli görüş barədə açıqlama verib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, mətbuat katibi MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olmayacağını bildirib.

O, həmçinin vurğulayıb ki, Putinin Fransa prezidenti Emmanuel Makronla danışmaq planı yoxdur və Yeni il münasibətilə amerikalı həmkarı Co Baydeni təbrik etməyəcək.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi olaraq Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.