Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan mayın 9-da Moskvada üçtərəfli görüşün keçiriləcəyinə dair məlumatları təkzib edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Armenpress”in sorğusuna cavabında qeyd edib.
Baqdasaryan bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılmayıb.
***
Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qırmızı Meydanda keçiriləcək paraddan öncə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzet Rusiya hökumət dairələrindən əldə etdiyi məlumata əsasən yazır ki, tərəflər may ayından sonra sülh müqaviləsinin imzalanması barədə razılığa gələcəklər.
Nəşrin məlumatına görə, sənədin imzalanması üçün Qazaxıstanın Almatı şəhəri seçilib.
“Joxovurd” iddia ilə bağlı Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryandan şərh almağa çalışsa da, o, cavab verməkdən imtina edib.
Qeyd edək ki, fazişm üzərində qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda bir çox MDB ölkələrinin rəhbərləri iştirak edəcəklər.
Ayşən Mustafa
Globalinfo.az