Rusiya Prezidenti Vladimir Putin Rumıniyada baş verən dron insidenti ilə bağlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, Putin hadisə ilə bağlı bütün detallar araşdırılmadan hər hansı nəticəyə gəlməyin düzgün olmadığını bildirib.
O qeyd edib ki, pilotsuz uçuş aparatının qalıqları tam şəkildə öyrənilmədən onun haradan gəldiyini və hansı məqsədlə istifadə olunduğunu dəqiq müəyyən etmək mümkün deyil.
Rusiya lideri hadisədə Ukrayna izinin ola biləcəyini də istisna etməyib. Bununla yanaşı, o vurğulayıb ki, məsələ ilə bağlı obyektiv və şəffaf araşdırma aparılmalıdır.
Putin əlavə edib ki, dronun qalıqları Rusiyaya təqdim olunacağı təqdirdə, mütəxəssislər tərəfindən geniş ekspertiza keçirməyə hazırdırlar.
Tahir Turan
Globalinfo.az