
Bu gün Kremldə mətbuat konfransı keçiriləcək.
Globalinfo.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna mövzusuna toxuna biləcəyi gözlənilir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Hər şey jurnalistlərin suallarından asılı olacaq”, – deyə o bildirib.
Məlumata görə, mətbuat konfransı Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında planlaşdırılan ikitərəfli danışıqlardan sonra baş tutacaq.
Günay Rəsulqızı
Globalinfo.az