1690932559491

BRİKS sammiti çərçivəsində Rusiya lideri Vladimir Putin Hindistan, İran, Türkiyə, Çin və Fələstin liderləri ilə görüşlər keçirəcək.

Globalinfo.az xəbər verir ki,  bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O qeyd edib ki, Rusiya rəhbəri oktyabrın 23-də Türkiyə və İran prezidentləri ilə, oktyabrın 24-də isə Fələstin lideri Mahmud Abbas və BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcək.

Uşakovun sözlərinə görə, BRİKS sammitində 36 ölkə və 6 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: