EKZMUDNL65IPPPT422I3LTD7UA 900x601 1

Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə, həmçinin GürcüstanMoldova xalqlarına təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin saytında məlumat dərc olunub.

“Bu gün saysız-hesabsız fədakarlıq və məşəqqətlər bahasına cəbhədə çiyin-çiyinə vuruşan, arxa cəbhədə faşist qəsbkarları üzərində çoxdan gözlənilən Qələbəni yaxınlaşdıran ata və babalarımıza öz minnətdarlığımızı və ehtiramımızı bildiririk”, – təbrikdə deyilib.

Rusiya prezidenti xarici ölkələrin rəhbərlərinə və vətəndaşlarına ünvanladığı təbrik məktubunda Böyük Vətən Müharibəsi veteranlarına və arxa cəbhə işçilərinə ürəkdən təbriklərini və səmimi təşəkkürlərini çatdırıb, onlara möhkəm cansağlığı və uzun ömür arzulayıb.

Paylaş: